EN

Almaniya mülki infrastrukturu hərbi məqsədlərə uyğunlaşdırır

Almaniya hökuməti mülki infrastrukturu hərbi məqsədlərə uyğunlaşdırmağa başlayıb.

Hakimiyyet.az xəbər verir ki, bu barədə “Bloomberg“ məlumat yayıb.

Məlumata görə, Bremerhaven şəhərində yerləşən Avropanın ən böyük avtomobil limanı €1,35 milyardlıq modernizasiyadan keçiriləcək.

Layihə çərçivəsində yükləmə platformaları gücləndirilərək “Leopard” tankları kimi ağır hərbi texnikanın daşınmasına uyğunlaşdırılacaq.

Bu təşəbbüs 2026-cı il büdcəsinə daxil edilib və Almaniyanın mümkün müharibəyə hazırlıq strategiyasının tərkib hissəsi sayılır.

Chosen
57
11
hakimiyyet.az

10Sources