AZ

Berlin 1,35 milyard xərcləyir: Avropa müharibəyə hazırlanır

Almaniya Avropanın ən böyük avtomobil limanlarından biri olan Bremerhaven-də genişmiqyaslı yenidənqurma işlərinə başlayıb.

Musavat.com xəbər verir ki, Bloomberg-in məlumatına görə, layihə limanın hərbi-logistika mərkəzinə çevrilməsini nəzərdə tutur.

Məlumata əsasən, yenilənmiş infrastruktur vasitəsilə ağır hərbi texnikanın, o cümlədən Leopard tanklarının daşınması planlaşdırılır. Eyni zamanda liman NATO qüvvələrinin mümkün hərbi ssenarilər zamanı Avropaya sürətli şəkildə yerləşdirilməsi üçün əsas tranzit nöqtələrdən biri kimi nəzərdə tutulur.

Bildirilir ki, layihə çərçivəsində yüz minlərlə hərbçinin və texnikanın daşınmasına imkan yaradacaq logistika sistemi qurulacaq.

Bu məqsədlə Almaniya hökuməti büdcədən təxminən 1,35 milyard avro vəsait ayırıb. Bununla belə, mənbə qeyd edir ki, ölkədə mülki infrastrukturun modernləşdirilməsi sahəsində işlərin tempi hələ də istənilən səviyyədə deyil və Almaniya tam hərbi hazırlıqdan uzaq qalır.

Musavat.com

Seçilən
49
6
musavat.com

10Mənbələr