EN

Trampdan Hörmüz boğazı barədə şok etiraf: “Biz piratlarıq”

ABŞ Prezidenti Donald Tramp Florida ştatında keçirilən tədbirdə İranın dəniz blokadası və Hörmüz boğazındakı vəziyyətlə bağlı qalmaqallı açıqlamalar verib. O, yaxınlarda İran gəmisinin ələ keçirilməsindən bəhs edərək, bunu “çox gəlirli biznes” adlandırıb.

Xəbər verilir ki, ABŞ lideri dənizdəki əməliyyatları belə təsvir edib: “Biz gəmini götürdük, yükü götürdük, nefti götürdük. Bu, çox gəlirli işdir. Kimin ağlına gələrdi ki, biz bu işlə məşğul olacağıq? Biz piratlar kimiyik… Amma biz oyun oynamırıq”.

Trampın bu bəyanatı ABŞ-ın İrana qarşı tətbiq etdiyi sərt dəniz nəzarəti və sanksiyalar çərçivəsində həyata keçirilən “aktiv müdaxilə” siyasətinin açıq etirafı kimi qiymətləndirilir. Prezidentin öz hərəkətlərini “piratlıq”la müqayisə etməsi beynəlxalq hüquq müstəvisində yeni müzakirələrə yol açacağı gözlənilir.

Sara


Chosen
23
1
azia.az

2Sources