EN

İqor Terexov: Xarkovda Rusiya dronu YDM-ə düşüb, xəsarət alanlar var » AzadMedia.az


Rusiyanın zərbə pilotsuz uçuş aparatı (PUA) Ukraynanın Xarkov şəhərinin rayonlarından birində yanacaqdoldurma məntəqəsinə (YDM) düşüb.

Bu barədə Xarkov meri İqor Terexov sosial şəbəkələrdə məlumat yayıb.

Onun sözlərinə görə, PUA-nın düşdüyü yerdə yanğın baş verib, xəsarət alanlar var.

İ.Terexov həmçinin vurğulayıb ki, Xarkovun digər rayonunda yaşayış binasına PUA hücumu qeydə alınıb.
Chosen
24
4
azadmedia.az

5Sources