EN

Bloger masa üzərində rəqs etdi FOTO

Bizim media portalından alınan məlumata görə, ain.az xəbər verir.

Rusiyalı bloger Oksana Samoylovanın ad günü fərqli ab-havada keçib.Bizim.Media xəbər verir ki, bu barədə “Komsomolskaya pravda” məlumat yayıb.Bildirilir ki, Samoylova günün ilk yarısını uşaqları ilə birlikdə keçirib, əyləncə parkına gedərək bayramı ailəvi şəkildə qeyd edib. Lakin axşam saatlarında format dəyişib.Məlumata görə, bloger daha sonra restoranda keçirilən gecə məclisinə qatılıb. Sosial şəbəkələrdə yayılan görüntülərdə onun masa üzərində rəqs etdiyi əks olunub və videolar qısa zamanda geniş müzakirələrə səbəb olub.

 

Samoylovanın həmin gecə seçdiyi geyim də diqqət çəkib. O, qara rəngli, açıq detallarla seçilən obrazda kameralar qarşısına çıxıb.

Eyni zamanda, reper Djigan uşaqları özü ilə aparıb. Sosial şəbəkə istifadəçiləri bunu “məsuliyyətli ata” və “azad ana” obrazlarının qarşılaşdırılması kimi şərh ediblər.Qeyd edək ki, boşandıqdan sonra cütlük ictimaiyyət qarşısında münasibətlərinin normal olduğunu göstərməyə çalışsa da, onların ayrı-ayrı görünməsi tez-tez diqqət çəkir.İzləyiciləri isə daha çox cütlüyün böyük qızları Arielanın son vaxtlar sosial şəbəkələrdə az görünməsi narahat edir.

Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
28
49
bizim.media

10Sources