AZ

Reuters: Türkmənistanın daxili siyasətində yumşalma var

Türkmənistan Prezident Sərdar Berdiməhəmmədovun dövründə daxili siyasətdə tədricən yumşalma əlamətləri göstərir.

Bizim.Media xəbər verir ki, bu barədə “Reuters” agentliyi yazıb.

Agentliyin jurnalistləri uzun illər dünyanın ən qapalı ölkələrindən biri sayılan Türkmənistana nadir giriş imkanı əldə edib və ölkə daxilində daimi müşayiət olmadan hərəkət edə biliblər.

Məlumata görə, ölkədə özəl təşəbbüs elementləri görünməyə başlayıb. Elektron ticarət və kiçik biznes sahəsində startapların yaranması buna nümunə göstərilir.

Bundan başqa, hakimiyyət viza rejiminin sadələşdirilməsi, Ümumdünya Ticarət Təşkilatına mümkün üzvlük və qaz ixracından asılılığın azaldılması ilə bağlı addımları müzakirə edir.
 

Bununla belə, “Reuters” qeyd edir ki, ölkənin siyasi sistemi hələ də sərt mərkəzləşdirilmiş formada qalır, dövlət nəzarəti isə yüksək səviyyədədir. Xarici investorlar iqtisadiyyatın şəffaf olmaması və valyuta məhdudiyyətləri ilə üzləşirlər.


Agentlik yazır ki, dəyişikliklər ümumilikdə ehtiyatlı və məhdud xarakter daşıyır. Bu, hakimiyyətin nəzarəti itirmədən ölkəni modernləşdirmək cəhdi kimi qiymətləndirilir.

Bizim.Media

Seçilən
16
46
bizim.media

10Mənbələr