Azərbaycan Premyer Liqasında 30-cu tura start verilib.
Msport.az xəbər verir ki, ilk oyun gününə nəzərdə tutulan matçlar artıq başa çatıb.
“Kəpəz” Yevlaxda “Sumqayıt”ı qəbul edib. Qarşılaşma Gəncə klubunun 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Hazırda “Kəpəz” 24 xalla turnir cədvəlində 10-cu, “gənclik şəhəri”nin təmsilçisi isə 38 xalla 7-ci pillədədir.
Günün digər qarşılaşmasında isə Sumqayıtda “Araz-Naxçıvan” “İmişli”ni sınağa çəkib. Matç nominal qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
2 may (şənbə)
18:30. “Araz-Naxçıvan” – “İmişli” – 0:1
Qol: Dioqo Kardozu, 18
“SOCAR Polymer Arena”
16:00. “Kəpəz” – “Sumqayıt” – 2:1
Qol: Yusif İmanov, 64-avtoqol (0:1), Rauf Hüseynli, 86-pen. (1:1), Rauf Hüseynli, 89-pen. (2:1)
Yevlax şəhər stadionu
3 may (bazar)
16:00. “Şamaxı” – “Sabah”
18:30. “Zirə” – “Qəbələ”
4 may (bazar ertəsi)
19:30. “Qarabağ” – “Turan Tovuz”
5 may (çərşənbə axşamı)
16:00. “Karvan-Yevlax” – “Neftçi”