AZ

“Kəpəz” “Sumqayıt”a, “Araz Naxçıvan” “İmişli”yə qarşı – YENİLƏNİR 

Bu gün Azərbaycan Premyer Liqasında 30-cu tura start verilib. 

İdmanxeber.az xəbər verir ki, ilk oyun gününə nəzərdə tutulan 2 matçdan 1-i artıq başlayıb.

Əvvəlcə “Kəpəz” Yevlaxda “Sumqayıt”ı qəbul edir. Hazırda Gəncə klubu 21 xalla turnir cədvəlində 10-cu, “gənclik şəhəri”nin təmsilçisi isə 38 xalla 7-ci pillədə qərarlaşıb. Cari mövsüm bu komandaların hər iki oyunu 3:0 hesabı ilə yekunlaşıb. İlk dövrədə “Sumqayıt”, ikinci dövrədə isə “Kəpəz” qələbə qazanıb. 

Günün digər qarşılaşmasında isə Sumqayıtda “Araz-Naxçıvan” “İmişli”ni sınağa çəkəcək. Bu komandaların ilk dövrədəki oyununda Naxçıvan klubu 2:0 hesablı qələbə qazanıb. İkinci dövrədə isə tərəflər meydandan 1 xalla ayrılıblar – 2:2.

Hazırda Naxçıvan təmsilçisi 40 xalla 6-cı, “İmişli” isə 29 xalla 11-ci pillədə qərarlaşıb. 

2 may (şənbə)

16:00. “Kəpəz” – “Sumqayıt” – 0:1 (İkinci hissə)

Qol: Yusif İmanov, 64

Yevlax şəhər stadionu

18:30. “Araz-Naxçıvan” – “İmişli”

“SOCAR Polymer Arena”

Seçilən
37
21
idmanxeber.az

8Mənbələr