EN

Londonda iki yəhudini bıçaqlanması hadisəsi terror aktı kimi qiymətləndirilib, məhkəmə başlayır

Böyük Britaniyanın paytaxtı London şəhərində iki yəhudi kişinin bıçaqlanması hadisəsindən sonra bir nəfərə qəsdən adam öldürməyə cəhd ittihamı irəli sürülüb.

CNN xəbər verir ki, polis hadisəni terror aktı kimi qiymətləndirib.

Qeyd edək ki, hadisə şəhərin şimalında yerləşən Golders Green ərazisində baş verib. 76 və 34 yaşlı iki kişi bıçaqlanıb.

Polisin məlumatına görə, saxlanılan 45 yaşlı Essa Suleiman iki nəfəri qəsdən adam öldürməyə cəhd və ictimai yerdə soyuq silah gəzdirməsi maddələri ilə ittiham olunub.

Golders Green-də bıçaqlanan hər iki şəxs xəstəxanaya yerləşdirilib.

Chosen
1
6
apa.az

10Sources