AZ

İki yəhudi kişini öldürməyə cəhddə ittiham olunan şəxs məhkəmə qarşısına ÇIXARILDI

Redaktor.az saytına istinadən ain.az xəbər verir.

Londonun şimalında baş verən bıçaqlanma hadisəsi ilə bağlı saxlanılan şəxs məhkəmə qarşısına çıxarılıb.

Redaktor.az xəbər verir ki, hadisə Qolders Qrin ərazisində baş verib və 45 yaşlı Essa Süleyman iki nəfəri qətlə cəhddə ittiham olunur. Bildirilir ki, o, 34 yaşlı Şloyme Rand və 76 yaşlı Moşe Şayna bıçaqla hücum edib.

Məlumata görə, hər iki zərərçəkən ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib və Metropolitan Polisi hadisəni terror aktı kimi qiymətləndirib.

Eyni zamanda, Süleymanın həmin gün Londonun cənubunda – Sautvark ərazisində başqa bir şəxsə qarşı da bıçaqlı hücum cəhdində ittiham olunduğu bildirilir. O, həmçinin ictimai yerdə soyuq silah gəzdirməkdə də günahlandırılır.

Qeyd olunur ki, təqsirləndirilən şəxs məhkəmədə yalnız şəxsiyyətini təsdiqləyib və hələlik heç bir vəsatət qaldırmayıb.

Aminə ŞAHSUVARQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
26
6
redaktor.az

10Mənbələr