EN

Azərbaycandan keçməklə Ermənistana gübrə göndəriləcək

Bu gün Azərbaycan ərazisindən tranzit keçməklə 8 vaqon gübrə Ermənistana göndəriləcək.
Bu barədə BUTA.TV-a "Azərbaycan Dəmir Yolları" QSC-dən məlumat verilib. Vaqonların saat 12:00-da Biləcəri stansiyasından yola salınması gözlənilir. Qeyd edək ki, aprelin 30-da Azərbaycan ərazisindən keçməklə Ermənistana Rusiya taxılı və gübrəsi daşıyan 7 vaqondan ibarət yük qatarı göndərilib.

Xatırladaq ki, tranzitlə yanaşı, Azərbaycandan Ermənistana neft məhsullarının ixracı da davam edir. İndiyədək Azərbaycandan Ermənistana 8 500 tondan çox dizel, 979 ton Aİ-92 benzini və 2 955 ton Aİ-95 benzini ixrac olunub.

Chosen
7
50
buta.tv

10Sources