EN

Alessandra Ambrosio yenidən diqqət mərkəzində FOTO

ain.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Supermodel Alessandra Ambrosio Balidən paylaşdığı fotolarla yenidən diqqət mərkəzinə düşüb. Bizim.Media xəbər verir ki, 45 yaşlı model tropik istirahətindən görüntülərini “Instagram” hesabında yayımlayıb.Kadrlarda Ambrosio parlaq bikinidə çimərlikdə poz verib. Onun paylaşımı izləyicilər tərəfindən böyük maraqla qarşılanıb.Lakin pərəstişkarların diqqətini daha çox modelin şəxsi həyatı ilə bağlı detallar çəkib. Ambrosio və sevgilisi, zərgərlik dizayneri Bak Palmerin adsız barmaqlarında oxşar qızıl üzüklərlə görünməsi onların nişanlanması və ya gizli evlənməsi barədə iddiaları gündəmə gətirib.Şayiələr cütlüyün İndoneziyaya səfərindən sonra daha da güclənib. Məlumata görə, Ambrosio 45 yaşını da məhz Balidə qeyd edib.

 

Mənbələr cütlüyün son bir ildə daha da yaxınlaşdığını, münasibətlərinin ciddi və sevgi dolu olduğunu bildirirlər.

Bununla belə, nə nişan, nə də toyla bağlı rəsmi təsdiq var. Bak Palmer daha əvvəl evliliklə bağlı suallara qısa şəkildə “hələ yox” cavabını verib.Qeyd edək ki, Ambrosio əvvəllər rəsmi nikahda olmayıb və iki övlad böyüdür.

Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
23
50
bizim.media

10Sources