Keniyanı bürüyən şiddətli yağışlar genişmiqyaslı daşqınlara və torpaq sürüşmələrinə səbəb olub.
"Cebheinfo.az" xəbər verir ki, Keniya polisinin yaydığı rəsmi məlumata əsasən, hadisələr zamanı 10 nəfər həyatını itirib.
Yerli hakimiyyət orqanları bildirir ki, təbii fəlakət nəticəsində infrastruktur ciddi zərər görüb, bəzi körpülər dağılaraq istifadəyə yararsız hala düşüb.
Hazırda axtarış-xilasetmə qrupları bölgələrdə işlərini davam etdirir.
"Cebheinfo.az"