EN

Almaniya müharibəyə hazırlaşır - Böyük plan

Almaniya müdafiə büdcəsində vəsait çatışmazlığına baxmayaraq mümkün müharibə ssenarilərinə hazırlıq görməyə başlayıb.

News365.az xəbərverir ki, bu barədə “Blumberq” məlumat yayıb.

Məlumata görə, Almaniyanın Şimal dənizi sahilində yerləşən Bremerhaven şəhərində Avropanın ən böyük avtomobil limanı 1,35 milyard avro (1,6 milyard dollar) dəyərində modernləşdiriləcək. Dövlət investisiyaları "Mersedes-Benz" və "Volksvagen" avtomobillərinin ixracını artırmaq üçün deyil, 60 tonluq “Leopard” tankı kimi hərbi texnikanın potensial cəbhələrə daşınmasını təmin etmək məqsədi daşıyır.

Agentlik bildirib ki, 2026-cı il Almaniya büdcəsinə daxil edilən bu layihə ölkənin potensial müharibəyə hazırlıq üzrə daha geniş planının bir hissəsidir.

Qeyd olunur ki, Avropaya mümkün hücum halında Almaniyanın coğrafi mövqeyi və sənaye resursları onu qoşunların təchizatı baxımından strateji mərkəzə çevirir./Axar.az

Chosen
23
11
news365.az

10Sources