EN

"Qarabağ"ın xal itirmək ehtimalı böyükdü" - Tovuzdan "Tofiq Bəhramov"a azarkeş axını olacaqmı?

"Turan Tovuz" premyer-liqanın 30-cu turunda "Qarabağ"ın qonağı olacaq. Matçın prinsipiallığı 2-ci yerin taleyinə aydınlıq gətirməsinin mümkünlüyü ilə bağlıdı. Ona görə ki, "köhlən atlar" qalib gəlsə, mövqeyini möhkəmləndirəcək, "bozqurd" qələbə qazansa, tarixində 2-ci dəfə Avropa Liqasında (tovuzlular 1994/95 mövsmündə UEFA kubokunda çıxış edib – red.) mübarizə aparmaq ehtimalını artıracaq.

Təbii ki, tovuzlu azarkeşlərin komandalarına çətin səfərdə dəstək göstərməsi vacibdi. Odu ki, bu mövzuyla bağlı "Ultras Turan" fanklubunun rəhbəri Kamal Saqqayevin fikirlərini öyrəndik:

"İnşallah, ikinci yer uğrunda mübarizəni uğurla davam etdirəcəyik. "Qarabağ"ın xal itirmək ehtimalı böyükdü. Bu üzdən son 4 oyuna final matçı kimi yanaşacağıq. "Ultras Turan" ailəsi olaraq, daim komandamızın yanındayıq. İnanırıq. Bilirik ki, "Turan Tovuz" 32 ildən sonra bizi yenə avrokubok həyəcanı yaşatmaqla sevindirəcək. Tribunalarda olacağıq. Dəqiq say deyə bilmirik, bunu oyun günü hamı görəcək. Mümkün qədər çox olmağa çalışacağıq".

Xatırladaq ki, "Tofiq Bəhramov"da keçiriləcək oyun saat 19.30-da başlayacaq.

KƏNAN BAHADIR
Chosen
32
21
football-plus.az

10Sources