Təbii ki, tovuzlu azarkeşlərin komandalarına çətin səfərdə dəstək göstərməsi vacibdi. Odu ki, bu mövzuyla bağlı "Ultras Turan" fanklubunun rəhbəri Kamal Saqqayevin fikirlərini öyrəndik:
"İnşallah, ikinci yer uğrunda mübarizəni uğurla davam etdirəcəyik. "Qarabağ"ın xal itirmək ehtimalı böyükdü. Bu üzdən son 4 oyuna final matçı kimi yanaşacağıq. "Ultras Turan" ailəsi olaraq, daim komandamızın yanındayıq. İnanırıq. Bilirik ki, "Turan Tovuz" 32 ildən sonra bizi yenə avrokubok həyəcanı yaşatmaqla sevindirəcək. Tribunalarda olacağıq. Dəqiq say deyə bilmirik, bunu oyun günü hamı görəcək. Mümkün qədər çox olmağa çalışacağıq".
Xatırladaq ki, "Tofiq Bəhramov"da keçiriləcək oyun saat 19.30-da başlayacaq.
KƏNAN BAHADIR