EN

Hamımızın içdiyi məşhur içki TƏHLÜKƏLİDİR

Son dövrlər məşhurlaşmış köpüklü çay ("bubble tea") sağlamlıq üçün təhlükəli hesab edilib. Məlum olub ki, bu içkinin tərkibinə əlavə edilən tapioka dənələri bəzi hallarda bağırsaq keçməzliyinə və boğulmaya səbəb olur.

News365.az xəbər verir ki, rusiyalı mütəxəssis Yekaterina Titova yerli "Telegram" kanallarından birinə müsahibəsində danışıb.

Onun sözlərinə görə, söhbət zamanı və ya tələsərkən tapioka qəbul etmək ona gətirib çıxara bilər ki, böyük, yapışqan dənələr qida borusu əvəzinə tənəffüs yollarına daxil bilər. Bu da asfiksiya (boğulma - kəskin tənəffüs çatışmazlığının ən ağır forması - red.) ilə nəticələnə bilər.

Mütəxəssis, həmçinin xəbərdarlıq edib ki, bu dənəciklərdən həddindən artıq yeyildikdə və kifayət qədər su içilmədikdə, onlar yapışaraq topa halında birləşə və bağırsaq keçməzliyi yarada bilər.

Yekaterina Titova, həmçinin beş yaşa qədər uşaqlara tapiokanı tövsiyə etməyib./Oxu.az

Chosen
26
news365.az

1Sources