EN

Messinin komandası 3:0 irəlidə olduğu matçı uduzdu

“İnter Mayami” MLS-in müntəzəm çempionatında “Orlando Siti”yə qarşı oyunda qələbəni əldən verib — 3:4.

Publika.az xəbər verir ki, 34-cü dəqiqəyə qədər “kərtənkələlər” Frey, Seqoviya və Lionel Messinin qolları ilə 3:0 hesabı ilə irəlidə idi.

Fasiləyədək “Orlando Siti” Martin Oxedanın qolu ilə fərqi azaldıb. İkinci hissədə isə “şirlər” möhtəşəm geri dönüş edərək 4:3 hesablı qələbə qazanıblar. Oxeda het-trik edərək hesabı bərabərləşdirib, qalibiyyət qolunu isə əlavə olunmuş vaxtın üçüncü dəqiqəsində Spayser vurub.

Argentinalı ulduz bu oyunda karyerasının 906-cı qolunu vurub və bir məhsuldar ötürmə ilə də yadda qalıb.

Chosen
2
3
publika.az

10Sources