EN

Drayzaytlla Krosbidən tarixi uğur

“Edmonton”un hücumçusu Leon Drayzaytl “Anahaym”la seriyanın 3-cü oyununda hesabına iki məhsuldar ötürmə yazdı.

"Football-plus.az" xəbər verir ki, almaniyalı forvard pley-offda keçirdiyi 99 oyunda 147 (53+94) xal toplayıb. O, bu göstəricidə “Vaşinqton”un rusiyalı hücumçusu Aleksandr Oveçkinə (161 oyunda 147 xal) çatmaqla Avropadan olan hokkeyçilər arasında 10-cu yerə yüksəldi. Şimali Amerikadan olmayan oyunçular arasında pley-offda xal sayına görə rekord Yari Kurriyə məxsusdu – 200 oyunda 233 (106+127) xal.

“Pittsburq” ardıcıl üç məğlubiyyətdən sonra, nəhayət, “Filadelfiya” üzərində qələbə qazana bildi. “Pinqvinlər”in hücumçusu Sidni Krosbi qələbəyə 1 qol və 1 məhsuldar ötürmə ilə töhfə verdi. 38 yaşlı kanadalı bu mövsüm pley-offda keçirdiyi 4 oyunda 3 (1+2) xal toplayıb. Stenli kuboku uğrunda 204 oyunda xal sayını 204-ə (72+132) çatdıran Krosbi bir komandanın heyətində buna nail ola bilən 3-cü hokkeyçidi. O, Yari Kurrini (“Edmonton”un heyətində 202 xal) arxdada qoydu. İlk iki pillədə Ueyn Qretski (“Edmonton”da 252 xal) və Mark Messye (“Edmonton”da 215 xal) qərarlaşıb.

Yeri gəlmişkən, 1/4 final seriyalarından ikisi bitdi. “Karolina” “Ottava”ya ilk 4 oyunun hamısında qalib gəlməklə konfrans yarımfinalına adladı. Elə “Kolorado” da “Los-Anceles”lə seriyadan qalib ayrıldı.

konfrans 1/4 finalları
24 aprel

Boston – Baffalo 1:3 (0:0, 1:1, 0:2)
Seriyada hesab – 1:2.
Ottava – Karolina 1:2 (0:1, 1:1, 0:0)
Seriyada hesab – 0:3.
Los-Anceles – Kolorado 2:4 (0:1, 1:1, 1:2)
Seriyada hesab – 0:3.

25 aprel
Monreal – Tampa-Bey 3:2 OT (1:1, 1:1, 0:0, 1:0)
Seriyada hesab – 2:1.
Yuta – Beqas 4:2 (2:0, 2:1, 0:1)
Seriyada hesab – 2:1.
Anahaym – Edmonton 7:4 (2:1, 1:2, 4:1)
Seriyada hesab- 2:1.
Ottava – Karolina 2:4 (0:0, 1:1, 1:3)
Seriyada hesab – 0:4.

26 aprel
Minnesota – Dallas 3:2 OT (1:1, 0:1, 1:0, 1:0)
Seriyada hesab – 2:2.
Filadelfiya – Pittsburq 2:4 (0:1, 1:1, 1:2)
Seriyada hesab – 3:1.
Boston – Baffalo 1:6 (0:4, 0:0, 1:2)
Seriyada hesab – 1:3.
Los-Anceles – Kolorado 1:5 (0:1, 1:1, 0:3)
Seriyada hesab – 0:4.

27 aprel
Monreal – Tampa-Bey 2:3 (0:0, 2:1, 0:2)
Seriyada hesab – 2:2.
Anahaym – Edmonton 4:3 OT (0:2, 2:0, 1:1, 1:0)
Seriyada hesab – 3:1.

Chosen
1
11
football-plus.az

10Sources