Footbal-plus saytından verilən məlumata görə, ain.az xəbər verir.
“Edmonton”un hücumçusu Leon Drayzaytl “Anahaym”la seriyanın 3-cü oyununda hesabına iki məhsuldar ötürmə yazdı. "Football-plus.az" xəbər verir ki, almaniyalı forvard pley-offda keçirdiyi 99 oyunda 147 (53+94) xal toplayıb. O, bu göstəricidə “Vaşinqton”un rusiyalı hücumçusu Aleksandr Oveçkinə (161 oyunda 147 xal) çatmaqla Avropadan olan hokkeyçilər arasında 10-cu yerə yüksəldi. Şimali Amerikadan olmayan oyunçular arasında pley-offda xal sayına görə rekord Yari Kurriyə məxsusdu – 200 oyunda 233 (106+127) xal.“Pittsburq” ardıcıl üç məğlubiyyətdən sonra, nəhayət, “Filadelfiya” üzərində qələbə qazana bildi. “Pinqvinlər”in hücumçusu Sidni Krosbi qələbəyə 1 qol və 1 məhsuldar ötürmə ilə töhfə verdi. 38 yaşlı kanadalı bu mövsüm pley-offda keçirdiyi 4 oyunda 3 (1+2) xal toplayıb. Stenli kuboku uğrunda 204 oyunda xal sayını 204-ə (72+132) çatdıran Krosbi bir komandanın heyətində buna nail ola bilən 3-cü hokkeyçidi. O, Yari Kurrini (“Edmonton”un heyətində 202 xal) arxdada qoydu. İlk iki pillədə Ueyn Qretski (“Edmonton”da 252 xal) və Mark Messye (“Edmonton”da 215 xal) qərarlaşıb.Yeri gəlmişkən, 1/4 final seriyalarından ikisi bitdi. “Karolina” “Ottava”ya ilk 4 oyunun hamısında qalib gəlməklə konfrans yarımfinalına adladı. Elə “Kolorado” da “Los-Anceles”lə seriyadan qalib ayrıldı. konfrans 1/4 finalları24 aprelBoston – Baffalo 1:3 (0:0, 1:1, 0:2)Seriyada hesab – 1:2.Ottava – Karolina 1:2 (0:1, 1:1, 0:0)Seriyada hesab – 0:3.Los-Anceles – Kolorado 2:4 (0:1, 1:1, 1:2)Seriyada hesab – 0:3.25 aprelMonreal – Tampa-Bey 3:2 OT (1:1, 1:1, 0:0, 1:0) Seriyada hesab – 2:1.Yuta – Beqas 4:2 (2:0, 2:1, 0:1)Seriyada hesab – 2:1.Anahaym – Edmonton 7:4 (2:1, 1:2, 4:1)Seriyada hesab - 2:1.Ottava – Karolina 2:4 (0:0, 1:1, 1:3)Seriyada hesab – 0:4.26 aprelMinnesota – Dallas 3:2 OT (1:1, 0:1, 1:0, 1:0)Seriyada hesab – 2:2.Filadelfiya – Pittsburq 2:4 (0:1, 1:1, 1:2)Seriyada hesab – 3:1.Boston – Baffalo 1:6 (0:4, 0:0, 1:2)Seriyada hesab – 1:3.Los-Anceles – Kolorado 1:5 (0:1, 1:1, 0:3)Seriyada hesab – 0:4.27 aprelMonreal – Tampa-Bey 2:3 (0:0, 2:1, 0:2)Seriyada hesab – 2:2.Anahaym – Edmonton 4:3 OT (0:2, 2:0, 1:1, 1:0)Seriyada hesab – 3:1.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.