EN

Boksçumuz Məhəmməd Abdullayevdən parlaq qələbə - VİDEO

Rusiyanın Kalininqrad şəhərində boks üzrə dünya yığması ilə Rusiya millisi arasında komanda yarışı keçirilib.

İdman.Biz xəbər verir ki, maraqla gözlənilən gecədə Azərbaycan millisinin lideri Məhəmməd Abdullayev də rinqə çıxıb.

+90 kq çəki dərəcəsində dünya yığmasının heyətində yer alan boksçumuz rusiyalı Vladislav Vişevlə üz-üzə gəlib. Gərgin keçən döyüşün sonunda Abdullayev hakimlərin yekdil qərarı ilə qalib elan olunub.

Qeyd edək ki, boksçumuzun bu uğuru dünya yığmasının ümumi hesabına vacib xal qazandırıb.

Chosen
33
33
day.az

10Sources