Xalq qazeti portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Bu gün 17 yaşadək (U-17) oğlan və qız boksçular arasında “Heydər Əliyev kuboku-2026” beynəlxalq turnirinə start veriləcək. Bakı Boks Mərkəzində keçiriləcək ənənəvi yarışda Azərbaycan millisi ilə yanaşı, Özbəkistan, Qazaxıstan, Gürcüstan, Latviya, Estoniya, Moldova yığmaları və neytral idmançılardan ibarət komanda iştirak edəcəklər.
Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, 185 boksçunun qatılacağı turnirdə oğlanların mübarizəsində 14, qızlarda 9 çəki dərəcəsi üzrə qaliblər müəyyənləşəcək. “Heydər Əliyev kuboku-2026”nın final görüşləri mayın 7-də olacaq.
Qabil YUSİFOĞLUXQ
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.