Çin ABŞ-ın İrandan neft aldığı iddiası ilə beş Çin neft emalı zavoduna tətbiq etdiyi sanksiyaları bloklamaq üçün qərar qəbul etdiyini açıqlayıb.
Al Jazeera-nın məlumatına görə, elan edilən sanksiyalar neft şirkətlərinin ABŞ maliyyə sisteminə çıxışını məhdudlaşdırır və onlarla əməkdaşlıq edən tərəfləri də cəzalandırılır.
Çin Ticarət Nazirliyi açıqlamasında bildirib ki, bu sanksiyalar Çin şirkətləri ilə üçüncü ölkələr arasında ticarəti “əsassız şəkildə” məhdudlaşdırır və beynəlxalq hüquqa ziddir.
Qeyd edək ki, sanksiyalar Hengli Petrochemical (Dalyan) zavodu və digər dörd “teapot” adlandırılan müəssisəyə şamil olunur: Shandong Jincheng Petrochemical Group, Hebei Xinhai Chemical Group, Shouguang Luqing Petrochemical və Shandong Shengxing Chemical. Sanksiyalara səbəb şirkətlərin Tehranla əməkdaşlığı göstərilib. Bu ticarətin İran hərbçilərinə yüz milyonlarla dollar gəlir qazandırdığını iddia edib.