AZ

Pekin ABŞ-ın İrandan neft daşıyan beş Çin şirkətinə sanksiya qərarını rədd etdi - tanımırıq...



Çin, ABŞ-ın İran neftini aldığı iddia edilən beş Çin neft şirkətinə tətbiq etdiyi məhdudiyyətləri tanımayacağını açıqlayıb.

Çin Ticarət Nazirliyinin bu barədə açıqlamasında “Shandong Jincheng Petrochemical Group”, “Hengli Petrochemical” (Dalian), “Shandong Shengxing Chemical”, “Hebei Xinhai Chemical Group” və “Shouguang Luqing Petrochemical” şirkətlərinə qarşı sanksiyalarla bağlı ehtiyat tədbiri qərarı alındığı bildirilir.

Bildirilir ki, müvafiq şirkətlərə qarşı ABŞ sanksiyalarının tanınmasını, tətbiqini və ya onlara riayət edilməsini qadağan edən ehtiyat tədbiri tətbiq edilib.

Açıqlamada vurğulanıb ki, ehtiyat tədbiri qərarı Çinin milli suverenliyini, təhlükəsizliyini və inkişaf maraqlarını, eləcə də Çin vətəndaşlarının, hüquqi şəxslərinin və digər təşkilatların qanuni hüquq və mənafelərini qorumaq məqsədi daşıyır.

ABŞ bu şirkətləri İran neft ticarətində iştirak etməkdə ittiham edir, Çin şirkətləri isə bu iddianı rədd edir.

Tahir TAĞIYEV

Seçilən
1
5
baki-xeber.com

10Mənbələr