EN

Ağdaşda qəza oldu, yaralanan var

Ağdaşda yük maşını qəza törədib, yaralanan var.

"Unikal"ın məlumatına görə, hadisə Ağdaş-Qəbələ avtomagistralında, Türyançay qəsəbəsi yaxınlığında baş verib. İdarəetmədən çıxan kiçik tutumlu yük maşını yol kənarındakı ağaca çırpılıb. Hadisə zamanı xəsarət alan rayon sakini - sürücü Seyfəddin Məmmədov xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov

Chosen
1
34
unikal.az

10Sources