AZ

Türkiyədə ağır qəza - Xeyli sayda ölən və yaralanan var

Malatyanın Doğanşehir rayonunda sərnişin avtobusu dərəyə aşıb.

"Unikal" xəbər verir ki, ilkin məlumatlara görə, 4 nəfər ölüb, 15 nəfər yaralanıb.

Qəza Malatya-Adıyaman avtomobil yolunda baş verib. Muş Yolu Turizm şirkətinə məxsus 34 FB 5349 dövlət nömrə nişanlı sərnişin avtobusu Polatdere məhəlləsində dərəyə aşıb.

Hadisə yerinə polis, jandarma, səhiyyə və yanğınsöndürmə qrupları göndərilib. 

Seçilən
0
31
unikal.az

10Mənbələr