EN

Zelenski Ukrayna üçün fürsət pəncərəsinin açıldığını ELAN ETDİ

“Ukrayna Avropa Birliyinə tam şəkildə üzv olmağa layiqdir”.

Turkustan.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Finlandiyanın Baş naziri Petteri Orpo ilə görüşündə bildirib

Zelenski Orpoya ölkəyə göstərilən müdafiə dəstəyinə görə minnətdarlığını bildirərək qeyd edib ki, bu paket sayəsində Kiyev böyük ehtiyac duyulan hava hücumundan müdafiə sistemlərini gücləndirə biləcək

Bundan əlavə, Zelenski Finlandiya tərəfinə ikitərəfli tərəfdaşlığı möhkəmləndirməyi və dronlarla bağlı saziş imzalamağı təklif edib.

Ölkə prezidenti beynəlxalq işlərə, xüsusən də avrointeqrasiya məsələsinə toxunaraq bildirib ki, hazırda danışıqlar klasterlərini açmaq üçün yaxşı fürsət yaranıb və Ukrayna buna tam layiqdir.

Gələn həftə, mayın 4-5-də İrəvanda Avropa Siyasi Birliyinin sammiti keçiriləcək. Tədbir çərçivəsində Ukrayna mövzusuna dair ayrıca sessiyanın keçirilməsi də nəzərdə tutulur. Sammitə təxminən 50 dövlətin nümayəndələri gələcək. Görüşün əsas mövzusu Ermənistan və Avropa İttifaqı arasında münasibətlərin möhkəmləndirilməsi olacaq. Ukrayna üzrə sessiya çərçivəsində Ukrayna və Rusiya arasındakı münaqişənin gələcək strategiyasının müzakirə edilməsi planlaşdırılır./publika.az

Chosen
32
50
turkustan.az

10Sources