EN

İraq prezidenti WUF13 ə dəvət olundu

ain.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İraq Prezidenti Nizar Abidi Bakıda keçiriləcək 13-cü Ümumdünya Şəhərsalma Forumuna (WUF13) dəvət olunub.

Axar.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin dəvət məktubunu ölkəmizin İraqdakı səfiri Eldar Səlimov təqdim edib.

Görüşdə, həmçinin Azərbaycan və İraq dövlətləri arasındakı əlaqələr və onların möhkəmləndirilməsi, eləcə də son beynəlxalq və regional məsələlər müzakirə olunub. Səfir E.Səlimov Nizar Abidinin İraq Prezidenti seçilməsi münasibətilə Azərbaycanın dövlət başçısının təbrik məktubunu təqdim edib.

Təbrikə görə minnətdarlığını ifadə edən Nizar Abidi ölkəmizin həm pandemiya (COVID-19) dövründə İraqa etdiyi yardıma, həm də beynəlxalq təşkilatlar çərçivəsində göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib, ikitərəfli əməkdaşlıq və tərəfdaşlıq əlaqələrinin genişləndirilməsinin vacibliyini vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
42
8
axar.az

10Sources