EN

İranın yeni təklifi qəbuledilməzdir – Tramp

ABŞ Prezidenti Donald Tramp İrandan gələn yeni təklifi araşdırdığını və bunun qəbuledilməz olduğunu bildirib.

Heftelik.az xəbər verir ki, Donald Tramp bunu “Kan News”a müsahibəsində deyib.

“İranın yeni təklifini araşdırdım və bu, mənim üçün qəbuledilməzdir. İranlılar razılaşmaq istəyirlər. Amma mən onların təklif etdiklərindən məmnun deyiləm”, – ABŞ Prezidenti deyib.

Qeyd edək ki, İranın pakistanlılar vasitəsilə təfərrüatları bu gün “əl-Cəzirə” tərəfindən dərc edilib. Məlumata görə, təklif üç əsas mərhələni əhatə edir ki, bunlar da müharibənin birdəfəlik dayandırılması, zənginləşdirilmiş uran məsələsi və Hörmüz boğazının açılmasıdır.

İran bundan başqa hücumların yenidən başlamamasına nəzarət üçün beynəlxalq bir qurumun yaradılmasını təklif edib.

İranın təklif etdiyi atəşkəsin Livan da daxil olmaqla bütün regionu əhatə etdiyi bildirilir.

“Kan News”un məlumatına görə, İran Hörmüz boğazını tədricən açmağı və boğazın sularında yaydığı minalarla mübarizə aparmağı öhdəsinə götürəcək, eyni zamanda ABŞ-ın bu məsələdə köməyinə etiraz etməyəcək.

Bunun müqabilində isə ABŞ İran limanlarına qarşı blokadasını ləğv edəcək.

Təklifin ikinci mərhələsi uranın zənginləşdirilməsinin 15 il müddətinə dondurulmasını əhatə edir. Bundan sonra İran uranın zənginləşdirilməsini 3,6%-ə qaytaracaq.

Qeyd olunur ki, İran ABŞ-ın nüvə infrastrukturunun sökülməsi və ya obyektlərinin məhv edilməsi tələbini rədd edib.

İranlılar nüvə proqramının dondurulması müqabilində müqabilində İrana qarşı sanksiyaların ləğvini, o cümlədən İranın dondurulmuş aktivlərinin azad edilməsi istəyirlər.

Təklifin üçüncü mərhələsi isə İranın bütün regionu əhatə edən təhlükəsizlik sistemi qurmaq məqsədilə ərəb ölkələri və regionla strateji dialoqa girməsini əhatə edir.

Chosen
44
7
heftelik.az

10Sources