EN

"İnter" vaxtından əvvəl İtaliya çempionu oldu

Milanın “İnter” komandası A Seriyasının 35-ci turunun matçında “Parmanı” məğlub edərək İtaliya çempionu olub.

Publika.az xəbər verir ki, görüş Milanda, Cuzeppe Meatsa stadionunda baş tutub və 2:0 hesabı ilə başa çatıb. Bu qələbə sayəsində İnter turnirin bitməsinə üç tur qalmış vaxtından əvvəl İtaliya çempionatında qələbəsini təmin edib.

Birinci hissəyə əlavə olunmuş birinci dəqiqədə meydan sahiblərinin hücumçusu Markus Türam hesabı açıb. 80-ci dəqiqədə isə yarımmüdafiəçi Henriх Mхitaryan ikinci qolu vurub.

“İnter” 35 oyundan sonra 82 xal toplayaraq turnir cədvəlində birinci pillədə qərarlaşıb və ikinci yerdəki “Napolini” 12 xal qabaqlayır. “Parma” isə 42 xalla 12-ci sıradadır.

Chosen
21
3
publika.az

5Sources