AZ

“İnter” İtaliya çempionu oldu

ain.az bildirir, Axar.az portalına istinadən.

"İnter" İtaliya A Seriyasında vaxtından əvvəl çempionluğunu rəsmiləşdirib.

Axar.az xəbər verir ki, Milan təmsilçisi 35-ci turda öz meydanında “Parma”nı 2:0 hesabı ilə məğlub edərək titulunu təmin edib. Hesabı birinci hissəyə əlavə olunmuş dəqiqələrdə Marküs Türam açıb. 80-ci dəqiqədə isə ikinci qolu Henrix Mxitaryan vurub.

Qeyd edək ki, “İnter” üç tur qalmış 82 xalla liderdir və ikinci pillədə qərarlaşan Napoli 70 xalla onu yaxalaya bilmir.

Beləliklə, Milan klubu tarixində 21-ci dəfə İtaliya çempionu olub. Ötən mövsümün qalibi “Napoli” idi. Ən çox çempionluq qazanan komanda isə 36 titulla "Yuventus"dur.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
18
1
axar.az

5Mənbələr