EN

"İnter" vaxtından əvvəl İtaliya çempionu olub

Milanın "İnter" komandası evdə "Parma"nı 2-0 hesabı ilə məğlub edərək, futbol üzrə İtaliya A Seriyasında 2025/2026-cı illər mövsümündə vaxtından əvvəl çempionluğunu elan edib.

"Report"un verdiyi məlumata görə, görüş mayın 3-də Milandakı "San Siro" stadionunda baş tutub.

Görüşdə qolları Markus Tyuram və Henrix Mxitaryan vurublar.

Bununla da xallarını 82-yə çatdıran "İnter" sona 3 tur qalmış qızıl medalları təmin edib. Çünki Milan təmsilçisinin turnir cədvəlində ən yaxın izləyicisi "Napoli" ilə (70 xal) arasında 12 xal fərqi var.

Napoli komandası daha əvvəl "Komo" ilə 0-0 heç-heçə etmişdi və bu da Milan klubuna mövsümün sonuna üç tur qalmış titul qazanmağa imkan verib.

"İnter" üçün bu çempionluq titulu klub tarixində XXI olub.

Chosen
52
1
far.az

6Sources