EN

ABŞ Hərbi Dəniz Qüvvələri hələlik Hörmüz boğazında ticarət gəmilərini müşayiət etməyəcək

Bizimyol saytına istinadən ain.az xəbər verir.

ABŞ prezidenti Donald Tramp tərəfindən elan olunan “Project Freedom” (Azadlıq Layihəsi”) əməliyyatı hazırkı mərhələdə ABŞ Hərbi Dəniz Qüvvələri gəmilərinin Hörmüz boğazından keçən ticarət gəmilərini müşayiət etməsini nəzərdə tutmur.

Bizimyol.info xəbər veir ki, bu barədə "The Wall Street Journal" ABŞ administrasiyasının adı açıqlanmayan yüksək vəzifəli məmuruna istinadən məlumat verib.

Nəşrin verdiyi məlumata görə, “Project Freedom” müxtəlif ölkələr, sığorta şirkətləri və yükdaşıma ilə məşğul olan qurumlar arasında koordinasiyanı təmin edən bir mexanizm olacaq. Bildirilir ki, əməliyyatın hazırkı mərhələsində ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmilərinin birbaşa müşayiəti planlaşdırılmır.

Bundan əvvəl Tramp bildirmişdi ki, ABŞ əməliyyata Yaxın Şərq vaxtı ilə mayın 4-də səhər başlayacaq. Onun sözlərinə görə, əməliyyatın əsas məqsədi Hörmüz boğazında qalan gəmilərin təhlükəsiz şəkildə çıxarılmasını təmin etməkdir. ABŞ prezidenti həmçinin qeyd edib ki, “əgər bu humanitar prosesə hər hansı müdaxilə olarsa, təəssüf ki, buna güc tətbiqi ilə cavab verilməli olacaq”.

Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
38
icma.az

1Sources