EN

ABŞ Hörmüzdə yeni missiya başladır – 15 min hərbçi cəlb olunacaq


ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Prezident Donald Trampın Hörmüz boğazında ticarət gəmilərinin sərbəst hərəkətini bərpa etmək təşəbbüsünü dəstəkləyir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə CENTCOM komandanı admiral Bred Kuper bildirib.
“Prezidentin göstərişi ilə həyata keçirilən bu missiya ticarət gəmilərinin həyati əhəmiyyətli beynəlxalq ticarət dəhlizindən sərbəst keçidini asanlaşdıracaq. Dünyanın dəniz yolu ilə neft daşınmalarının dörddə biri və əhəmiyyətli miqdarda yanacaq və gübrə bu boğazdan keçir”, - deyə Kuper bildirib.
Bu gün – mayın 4-dən etibarən başlayacaq missiyaya “Azadlıq Layihəsi” adı verilib.
Chosen
7
2
yeniavaz.com

3Sources