EN

Türkiyənin vitse-prezidenti İrəvandadır

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz İrəvana səfər edib.

Redaktor.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Məlumata görə, Türkiyənin vitse-prezidentini İrəvandakı Zvartnots hava limanında Ermənistan Milli Məclisinin sədr müavini və Ermənistan-Türkiyə münasibətlərinin normallaşması üzrə xüsusi nümayəndə Ruben Rubinyan qarşılayıb.

Bildirilib ki, Yılmaz Avropa Siyasi Birliyinin VIII Zirvə Toplantısında iştirak etmək üçün Ermənistana gəlib. Zirvə görüşü mayın 4-də İrəvanda “Gələcəyin qurulması: Avropada birlik və sabitlik” devizi altında keçiriləcək.

Qeyd edək ki, Avropa Siyasi Birliyinin ilk zirvə görüşü 6 oktyabr 2022-ci ildə Praqada baş tutub. Sonrakı görüşlər Kişinyov, Qranada, Oksfordşir, Budapeşt, Tirana və Kopenhagen şəhərlərində keçirilib.

Məlumata görə, Avropa Siyasi Birliyi təxminən 50 Avropa ölkəsinin liderlərini bir araya gətirən və qitədə təhlükəsizlik, sabitlik və rifahın gücləndirilməsinə yönəlmiş siyasi platformadır.

Aminə ŞAHSUVARQIZI

 

Chosen
13
4
redaktor.az

8Sources