EN

BP Azərbaycanda sosial layihələrə xərclərini 50% azaldıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

2026-ci ilin birinci rübündə bp və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları belə sosial investisiya layihələrinə Azərbaycanda təqribən 0,2 milyon dollar vəsait xərcləyiblər. Bu, illik müqayisədə 0,2 milyon ABŞ dolları və ya 50% azdır. 

Banco.az bu barədə BP-nin 2026-ci ilin birinci rübünün yekunlarına dair hesabatına istinadən xəbər verir. 

Bundan əlavə, bp ayrıca bir şirkət kimi öz adından Azərbaycanda sponsorluq etdiyi layihələrə rüb ərzində təxminən 0,3 milyon dollar vəsait xərcləyib.

Bunlara hazırda davam edən 16 təhsil təşəbbüsü, yerli bacarıqların yaradılmasını və sahibkarlığın inkişafını dəstəkləyən 1 layihə, ölkənin mədəni irsini və idmanı təbliğ edən 3 layihə, ətraf mühit üzrə 1 təşəbbüs və müxtəlif mövzularda 5 konfrans və seminara dəstək, yəni ümumilikdə 26 layihə daxildir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Chosen
19
1
banco.az

2Sources