EN

Həcc zəvvarları rəqəmsal şəxsiyyət vəsiqəsindən istifadə edə biləcəklər

Bakı, 4 may, AZƏRTAC

Səudiyyə Ərəbistanının Pasportlar Baş İdarəsi Həcc zəvvarlarının Krallıq daxilində istənilən yerə səyahət etmək üçün rəqəmsal ziyarətçi şəxsiyyət vəsiqəsi hazırlayıb. Şəxsiyyət vəsiqəsi rəsmi sənəd kimi xidmət edir və kağız pasport daşımağa ehtiyacı aradan qaldırır.

AZƏRTAC “Saudi Gazette” nəşrinə istinadla xəbər verir ki, Həcc zəvvarları Krallıq daxilində təhlükəsiz və rahat hərəkəti asanlaşdırmaq üçün Daxili İşlər Nazirliyinin “Abşer” platformasında qeydiyyatdan keçərək rəqəmsal ziyarətçi şəxsiyyət vəsiqəsi ala bilərlər.

Pasportlar Baş İdarəsi bildirib ki, rəqəmsal ziyarətçi şəxsiyyət vəsiqəsi zəvvarların Krallıqda olduqları müddətdə asanlıqla və təhlükəsiz şəkildə hərəkət etməsinə imkan verən rəsmi sənəddir. Həmçinin qeyd edib ki, bu şəxsiyyət vəsiqəsi sahibinin Krallıq daxilində səyahət edərkən kağız pasport daşımasına ehtiyac olmayacaq.

2026-cı il Həcc ziyarəti mayın 25-dən 26-na qədər olacaq. Səudiyyə Ərəbistanı rəsmiləri bildirirlər ki, builki ziyarətdə təqribən 2,5 milyon zəvvarın iştirak edəcəyi gözlənilir. Artıq onların əksəriyyəti, o cümlədən İran zəvvarları Krallığa gəliblər.

Chosen
17
2
azertag.az

3Sources