EN

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 10 vaqon gübrə göndəriləcək

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçiriləcək.

Far.Az xəbər verir ki, bu barədə "Report"a "Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib.

Qeyd olunub ki, 10 vaqon gübrə Ermənistana göndəriləcək.

Vaqonların saat 15:00-da Biləcəri stansiyasından yola salınması gözlənilir.

Xatırladaq ki, ötən gün də 8 vaqondan ibarət, çəkisi 536 ton olan gübrə Biləcəri stansiyasından Böyük Kəsik istiqamətində yola salınıb.

Chosen
23
17
far.az

10Sources