AZ

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 10 vaqon gübrə göndərilib

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana göndərilən 10 vaqon gübrə "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından yola salınıb.

BAKU.WS xəbər verir ki, bu barədə report məlumat yayıb.

*** 10:10

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçiriləcək.

BAKU.WS xəbər verir ki, bu barədə "Report"a "Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib.

Qeyd olunub ki, 10 vaqon gübrə Ermənistana göndəriləcək.

Vaqonların saat 15:00-da Biləcəri stansiyasından yola salınması gözlənilir.

Xatırladaq ki, ötən gün də 8 vaqondan ibarət, çəkisi 536 ton olan gübrə Biləcəri stansiyasından Böyük Kəsik istiqamətində yola salınıb.

Seçilən
9
17
far.az

10Mənbələr