EN

ABŞ ələ keçirdiyi İran gəmisini Pakistana təhvil verib

ABŞ

Dəniz blokadasını yarmağa cəhd etdikdən sonra ABŞ qüvvələri tərəfindən ələ keçirilən İranın "M/V Touska" gəmisi, heyəti ilə birlikdə İrana geri qaytarılması üçün Pakistana təhvil verilib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə CENTCOM (ABŞ Mərkəzi Komandanlığı) nümayəndəsi "ABC News" telekanalına məlumat verib.

"Bu gün ABŞ silahlı qüvvələri 'Touska' gəmisinin 22 heyət üzvünün geri qaytarılması üçün Pakistana təhvil verilməsi prosesini başa çatdırıb. Daha altı sərnişin isə ötən həftə geri qaytarılmaq üçün region ölkələrindən birinə təhvil verilmişdi", — deyə Houkins bildirib.

İran dövlət mediası həmin altı nəfərin bəzi heyət üzvlərinin ailə üzvləri olduğunu müəyyən edib.

Houkins həmçinin əlavə edib: "Hazırda 'Touska' gəmisi üzərində mülkiyyət hüququ, ötən ay ABŞ-ın İrana tətbiq etdiyi dəniz blokadasını pozmağa cəhd edərkən saxlanılıb ələ keçirildikdən sonra yenidən ilkin sahibinə qaytarılır".

Aprelin 24-də Pentaqonda keçirilən mətbuat konfransında Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Den Keyn bildirib ki, aprelin 19-da "Touska" heyəti ABŞ gəmilərinin altı saat davam edən xəbərdarlıqlarına məhəl qoymadıqda, esmines konteyner gəmisinin maşın bölməsinə bir neçə atəş açıb.

Məryəm Quliyeva

Chosen
20
xalqcebhesi.az

1Sources