EN

Qiymətli kağızlara maraq AZALIB

2025-ci ildə Azərbaycanın qiymətli kağızlar bazarında həm əməliyyatların həcmi, həm də bağlanan əqdlərin sayı nəzərəçarpacaq dərəcədə azalıb. 

Xüsusilə ilkin bazarda kəskin geriləmə müşahidə olunur, ümumi aktivlik isə əsasən repo əməliyyatlarının hesabına qorunub. Ötən il qiymətli kağızlar bazarında 30 916 əqd bağlanılıb. Bu, illik müqayisədə 57,2 faiz azdır. 

Bəs bu azalmanın əsas səbəbi nədir? 

Real Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli Hit.az-a açıqlamasında bildirib ki, birja sisteminin effektiv işləməsi üçün ilk növbədə real və aktiv səhm bazarı formalaşdırılmalıdır:

“İnsanlar hansı səhmlərə necə yatırım edəcəyini anlamalı və bazara etibar etməlidir. Bunun üçün dividendlərin vaxtında ödənilməsi və investorların hüquqlarının qorunması əsas şərtlərdəndir. İri həcmli özəlləşdirmə proqramlarının həyata keçirilməsi bazara ciddi təkan verə bilər. Zərərlə fəaliyyət göstərən dövlət müəssisələrinin özəlləşdirilərək səhmlərinin satışa çıxarılması həm likvidliyi artırar, həm də investor marağını gücləndirər”.

Günel Cəlilova

Chosen
15
hit.az

1Sources