Ukrayna ötən gecə Rusiya paytaxtına dron hücumu həyata keçirib.
Musavat.com xəbər verir ki, müharibə başlayandan ilk dəfə olaraq Ukrayna dronu Rusiya paytaxtının hava müdafiəsini yararaq şəhərin küçələrinə qədər gedə bilib. Moskva meri Sergey Sobyanin açıqladığı məlumata görə, dron Moskvanın Mosfilmovskaya küçəsindəki binaya dəyib.
Mer hadisə nəticəsində heç kimin xəsarət almadığını açıqlayıb: "İlkin məlumatlara görə, Mosfilmovskaya küçəsi yaxınlığındakı binaya pilotsuz təyyarə dəyib. Xəsarət alan olmayıb. Xidmətlər hadisə yerində işləyir".
Bazar günü Sobyanin paytaxta doğru uçan səkkiz Ukrayna pilotsuz təyyarəsinin zərərsizləşdirildiyini açıqlamışdı.
Qeyd edək ki, bir neçə gün əvvəl ABŞ prezidenti Donald Trampla telefon danışığında Rusiya prezidenti Vladimir Putin 9 may qələbə gününün qeyd olunduğu müddətdə Ukrayna ilə atəşkəs olmasını təklif edib. Məhz Ukraynanın zərbə ehtimalına görə bu il Qırmızı Meydanda qələbə paradında hərbi texnika nümayiş olunmayacaq.
Gündəmdəki bir çox xəbərləri aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Qonağımız təhlükəsizlik eksperti İlham İsmayıldır. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
Youtube səhifəsinin ünvanı:
https://www.youtube.com/results?search_query=tv+musavat