EN

Bu gün Niderlandda sükut günüdür

ain.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.

4 may Niderlandda Milli Anım Günü kimi qeyd olunur. Bu gün Niderland İkinci Dünya Müharibəsi və sonrakı münaqişələrdə həyatını itirmiş bütün müharibə qurbanlarının xatirəsini ehtiramla yad edir.

Gununsesi.info-nun xəbərinə görə, bu  barədə Niderland Krallığının Azərbaycandakı səfirliyi açıqlamasında qeyd edib.

Açıqlamda, həmçinin deyilir:

Milli səviyyədə əsas anım mərasimi Dam Meydanında keçirilir. Burada dövlət rəsmiləri və ictimaiyyət nümayəndələrinin iştirakı ilə rəsmi tədbir təşkil olunur. Eyni zamanda ölkə üzrə müxtəlif şəhərlərdə xatirə mərasimləri keçirilir, saat 20:00-da isə iki dəqiqəlik sükut elan olunur.

Afət Abbasova

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
38
icma.az

1Sources