EN

Fransa millisinin üzvü sıradan çıxdı

"Real Madrid"in və Fransa millisinin hücumçusu Ferland Mendi "Espanyol"la səfər oyununda zədələnib. 

Fanat.Az xəbər verir ki, "Kral klubu"nun oyunçusu 14-cü dəqiqədə xəsarət alaraq meydanı tərk edib. 

Oyunçuya əzələ zədəsi ilkin diaqnozu qoyulub, lakin inin sağalma müddəti hələlik məlum deyil.

Xatırladırıq ki, matç braziliyalı hücumçu Vinisius Juniorun dublu sayəsində "Real"ın 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Mendi 2025/26 mövsümündə cəmi 9 oyunda meydana çıxıb.

Chosen
8
1
fanat.az

2Sources