Ukrayna Prezidenti Volodimir Zelenski Ermənistan mətbuatının Kiyevin Bakıya fosfor bombaları verdiyi ilə bağlı heç bir əsası olmayan sualını cavablandrmayıb.
“Cebheinfo.az” xəbər verir ki, 8-ci Avropa Siyasi Birliyi Zirvə Toplantısının keçirildiyi yerə gələn Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərin suallarını cavablandırıb.“Lakin o, bu barədə sualı cavablandırmayıb”,-deyə erməni mətbuatı yazıb.
Daha sonra o, brifinq zonasını tərk edib.
Erməni tərəfi əvvəl də bu iddianı dəfələrlə səsləndirsə də, təsdiqini tapmayıb.
Azərbaycan Müdafiə Nazirliyi 2020-ci ildə bəyan edib ki, Ermənistan silahlı qüvvələrinin birinci birləşmiş ordusunun 37-ci atıcı diviziyasının üçüncü motoatıcı alayının bölmələrinə külli miqdarda fosfor tərkibli yüklər çatdırılıb.
2020-ci il oktyabrın 8-də Ermənistan tərəfdən Füzuli rayonu ərazisinə 122 millimetrlik yandırıcı top mərmisi atılıb. Onun tərkibində 3,6 kiloqram ağ fosfor olub.
Ermənistan atəşkəs dövründə də Azərbaycana qarşı fosfor bombalarından istifadə edib. Hələ 2016-cı ildə Ermənistan Tərtər rayonunun Əskipara kəndinə fosfor bombası atmışdı.