EN

Zelenski İrəvanda danışdı: Ukrayna Aİ yolunda irəliləyir

"Ukrayna Aİ yolunda danışıqları davam etdirir".

Redaktor.az xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski İrəvanda keçirilən görüşlər çərçivəsində açıqlama verib.

Məlumata görə, Zelenski bildirib ki, Kiyev beynəlxalq gündəliyin əsas məsələləri, o cümlədən Ukraynaya dəstək və ölkənin Avropa İttifaqına üzvlük yolu ilə bağlı avropalı tərəfdaşlarla fəal danışıqları davam etdirir.

Bildirilib ki, Ukrayna Prezidenti yaxın vaxtlarda bir sıra xarici liderlərlə həm ikitərəfli, həm də çoxtərəfli formatda əlaqələrin inkişafını müzakirə etməyi planlaşdırır. O qeyd edib ki, bu görüşlərin bir hissəsi Polşada keçiriləcək.

Qeyd olunub ki, Zelenski Ukraynanın Avropaya inteqrasiyasının vacibliyini vurğulayıb və bu istiqamətdə göstərilən dəstəyə görə Polşaya təşəkkür edib.

Məlumata görə, o həmçinin ötən həftə təxminən 90 milyard avro həcmində maliyyə yardımının qarşısının alınması ilə bağlı qərarın qəbul edildiyini və bunun Ukraynanın gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.

Bildirilib ki, Volodimir Zelenski 8-ci Avropa Siyasi Birliyi Sammitində iştirak etmək üçün Ermənistanın paytaxtı İrəvana səfər edib.

Aminə ŞAHSUVARQIZI

 

Chosen
18
50
redaktor.az

10Sources