EN

Pit Heqset Pentaqon üzərində nəzarəti gücləndirir

ABŞ müdafiə naziri Pit Heqset işdə olduğu ilk ilində böhranlara baxmayaraq, Pentaqon üzərində nəzarəti gücləndirir.

Herbiand.az bildirir ki, bu barədə The Washington Post qəzeti vəziyyətlə tanış olan mənbələrə istinadən məlumat verib.

Qəzetin mənbələrinə görə, Heqsetq Müdafiə Nazirliyi daxilində, o cümlədən silah proqramları, kadr təyinatları və hərbi ictimai kommunikasiyalar üzərində nəzarəti gücləndirib: "Bütün hakimiyyət hərbçilərdən 100% alınıb və siyasi təyinatlılara ötürülüb".

Mənbələrə görə, Heqsetin idarəetmə tərzindən prezident administrasiyasında narazılıq var. Onu qarşıdurmaya, sosial mediada aktivlik, sərt açıqlamalar və Baş Qərargah rəisi Rendi Corcun vəzifədən alınması da daxil olmaqla, kadr təmizlənməsinə görə tənqid edirlər. Buna baxmayaraq, mənbələr The Washington Post-a bildiriblər ki, Pentaqon rəhbəri hazırda istefaya yaxın həssas fiqurlar arasında deyil.

Bəxtiyar CƏFƏRLİ

Chosen
19
herbiand.az

1Sources