Mayın 3-də keçirilən Azərbaycan dili (dövlət dili kimi) fənni üzrə imtahanda istifadə edilmiş qapalı tipli test tapşırıqlarının doğru cavabları açıqlanıb.
7Times.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.
Doğru cavablarıetalonları ilə müvafiq keçidlərdən (9 illik, 11 illik) tanış ola bilərsiniz.
Qeyd edək ki, hazırda imtahan materiallarının emalı aparılır. Yazılı cavab tələb edən tapşırıqların yoxlanılması vaxt tələb etdiyi üçün nəticələrin 2 həftə ərzində elan edilməsi nəzərdə tutulur.