EN

"Almaniya klubu böyük ehtimalla "Sabah"dan daha çox pul tələb edəcək" - polyak müdafiəçi

Almaniyanın "Holteyn Kiel” klubu ilə müqaviləsi olan "Sabah"ın müdafiəçisi Timoteuş Puxaç yaxın gələcəyi ilə bağlı fikirlərini bölüşüb.

Sportal.az xəbər verir ki, ölkəsinin “Meczyki” nəşrinə danışan polyak bunları deyib:

"Holşteyn”lə müqaviləm var. İdman direktoru və məşqçisini dəyişiblər, təbii ki, nə qədər yaxşı olduğumu görüb mənimlə işləməyə davam etmək və məni geri qaytarmaq istədilər. Oradan ayrılmaq yəqin ki, çətin olacaq. Böyük ehtimalla onlar "Sabah"dan müqaviləmdəki satın alma bəndindən daha çox pul tələb edəcəklər. Burada isə xoşbəxtəm. Klubların nə barədə razılığa gələcəyini görəcəyik. Qalmaq ehtimalım təxminən 80 faizdir. Dəfələrlə klub dəyişmişəm və bəzən bu, mənə kömək edib, bəzən isə kömək etməyib, ona görə də inkişaf baxımından sabitlik yaxşıdır. Avropa yarışlarında oynasaydıq, bu, fantastik olardı. Düşünürəm ki, gələn mövsüm də burada oynayacağım üçün böyük bir şans var." Türkiyə çempionluğu? Trabzona oynamağa hazır vəziyyətdə gəlmişdim və ardıcıl 10 oyun qazandıq. Orada oynadım, amma burada əsas oyunçu idim. Azərbaycandakı çempionluq ürəyimə daha yaxındır”.

saytlarin hazirlanmasi

Chosen
18
1
sportal.az

2Sources