EN

"Mançester Siti" Fil Fodenlə bağlı yekun qərarını verdi - Son durum

"Mançester Siti" yarımmüdafiəçisi Fil Fodenin müqaviləsinin müddətini uzatmağa hazırlaşır. 

Fanat.Az xəbər verir ki, məlumatı "The Times" yayıb. 

May ayının sonunda 26 yaşı tamam olacaq oyunçunun hazırkı müqaviləsi 2027-ci ildə qüvvədən düşəcək, lakin klub rəhbərliyi ulduzunu saxlamaqda qərarlıdır və indidən bu yöndə fəaliyyətə başlayıb. Tərəflər artıq yeni müqavilə ilə bağlı ilkin danışıqlara başlayıblar.

Klub son vaxtlar əvvəlki qədər effektli olmayan ingilis futbolçunu tam dəstəkləyir. 

2025/26 mövsümündə Fil Foden Pep Qvardiolanın komandasında bütün yarışlarda 45 oyun keçirib, 10 qol vurub və 5 məhsuldar ötürmə edib.

"Mançester Siti" bu gün Premyer Liqada "Everton"un qonağı olacaq .

Chosen
4
1
fanat.az

2Sources